Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə çempionu və kubokun sahibi “Beşiktaş” komandasını qəbul edib.
“Report”un məlumatına görə, Prezident Adminstrasiyasında təşkil olunmuş görüşə klub rəhbərliyi, texniki heyət və futbolçular qatılıblar.
Qəbulda “Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi Ərdoğana imzalı forma hədiyyə edib.
Qeyd edək ki, “Beşiktaş” çempionatın sonunda “Qalatasaray” qədər – 84 xal toplasa da, top fərqinə görə çempion olub. Türkiyə Kubokunun finalında isə “qara qartallar” “Alanyaspor”u məğlubiyyətə uğradıb – 2:0.