OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb.
Analiz nümunələri müsbət çıxan 14 nəfər çox təəssüf ki, vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 331 min 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 318 min 502 nəfər müalicə olunaraq sağalıb, 4 828 nəfər vəfat edib. 8 147 nəfər aktiv xəstə koronavirus xəstəsi var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, bu günə qədər isə cəmi 3.425.183 test icra olunub.