Gürcüstanın turizmdən gəliri artıb

Bu ilin aprel ayında Gürcüstan turizmdən 49,9 milyon ABŞ dolları gəlir əldə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni göstəricisindən 5,8 dəfə çoxdur.

Ötən ay Gürcüstana səfər edən ziyarətçilərin sayı illik müqayisədə 2,8 dəfə artaraq 88,9 min nəfərə bərabər olub. Ziyarətçilərin 75,8 minini turistlər təşkil edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir