Qvatemala: həbsxanada qiyam baş verib

Qvatemalada həbsxanada qiyam zamanı altı nəfər həlak olub

Qvatemalanın Kantel bələdiyyəsi ərazisində yerləşən həbsxanada baş vermiş qiyamın gedişatında azı 6 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə xidməti tvitterdəki səhifəsində bildirib.

“İlkin məlumatda altı nəfərin həlak olması haqqında bildirilir”, – xidmət yazıb.

“Prensa Libre” qəzeti isə bildirib ki, həbsxanada qarışıqlıqlar duşmənçilik edən cinayətkar qruplaşmaların qarşıdurmasına görə başlayıb. Nəşrin məlumatına görə, 900 məhbus üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsinə 2 252 məhkum yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir