Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.
Qitə birinciliyinə 8 güləşçi ilə yollanan Azərbaycan millisinin 7 üzvü fəxri kürsüyə qalxıb.
- Məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında mötəbər yarışda iştirak edən komanda medal rekordunu yeniləyib.
2015-ci ildən keçirilən analoji turnirdə Azərbaycanın sərbəst güləş millisi heç vaxt bu qədər medal qazanmamışdı.
Qeyd edək ki, Avropa çempionatında
- Cəbrayıl Hacıyev (70 kq) qızıl,
- Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş,
- Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb.
Yekunda yığma 140 xal toplayıb və Avropa 3-cüsü olub”.
Rusiya 196 xalla 1-ci, Türkiyə isə 150 xalla 2-ci yeri tutub.
Mənbə: Report