Sərbəst güləş millimiz Avropa üçüncüsüdür

Sərbəst güləş millimiz Avropa üçüncüsü oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.

Qitə birinciliyinə 8 güləşçi ilə yollanan Azərbaycan millisinin 7 üzvü fəxri kürsüyə qalxıb.

  • Məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında mötəbər yarışda iştirak edən komanda medal rekordunu yeniləyib.

2015-ci ildən keçirilən analoji turnirdə Azərbaycanın sərbəst güləş millisi heç vaxt bu qədər medal qazanmamışdı.

Qeyd edək ki, Avropa çempionatında

  • Cəbrayıl Hacıyev (70 kq) qızıl,
  • Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş,
  • Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb.

Yekunda yığma 140 xal toplayıb və Avropa 3-cüsü olub”.

Rusiya 196 xalla 1-ci, Türkiyə isə 150 xalla 2-ci yeri tutub.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir