Son 24 saatda Türkiyədə aparılan 219.192 test müayinəsi nəticəsində 9 min 385 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 856-sı aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 207 nəfər vəfat edib. 9 min 271 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 2041 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3.2%-dir.
Ölkədə indiyədək ümumilikdə 5 milyon 160 min 423 yoluxma, 45 min 626 insan itkisi və 4 milyon 989 min 787 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 51.731.883 COVID-19 test müayinəsi aparılıb.