“Yuventus” İtaliya Kubokunun qalibi olub – VİDEO

“Yuventus” İtaliya Kubokunun qalibi oldu

Futbol üzrə İtaliya Kubokunun final matçında “Yuventus” “Atalanta” ilə qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma “Yuventus”un 2:1 hesablı qələbəsi ilə sona çatıb.

Oyunda hesab 31-ci dəqiqədə açılıb – Deyan Kuluşevski fərqlənib. Lakin 10 dəqiqə sonra Ruslan Malinovski “Atalanta”nın bərabərlik qolunu vurub. Matçın 73-cü dəqiqəsində Federiko Kyeza “Yuventus”un qələbə qoluna imza atıb. Bununla da Turin təmsilçisi İtaliya Kubokunun qalibi olub.

Qeyd edək ki, “Yuventus” 1938, 1942, 1959, 1960, 1965, 1979, 1983, 1990, 1995, 2015, 2016, 2017, 2018-ci illərdə də İtaliya Kubokunun qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir