“Avroviziya-2021” müsabiqəsinin ikinci yarımfinalı sona çatıb – YENİLƏNİB

“Avroviziya-2021” müsabiqəsinin ikinci yarımfinalı başa çatdı - YENİLƏNİB

Niderlandda keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı sona çatıb.

“Report”un məlumatına görə, müsabiqənin ikinci yarımfinalında Estoniya, Çexiya, San-Marino, Avstriya, Yunanıstan, İslandiya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edib.

İfaların hamısı dinlənildikdən sonra mahnı müsabiqəsinin ikinci yarımfinalında səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya ikinci yarımfinal mərhələsindən final mərhələsinə çıxıb.

Qeyd edək ki, final mərhələsində ümumilikdə Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edəcək.

Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.

23:03

Niderlandın Rotterdam şəhərində “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.

“Report”un məlumatına görə, müsabiqənin ikinci yarımfinalında Estoniya, Çexiya, San-Marino, Avstriya, Yunanıstan, İslandiya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edir.

Qeyd edək ki, “Avroviziya” mahnı müsabiqəsi 2020-ci ildə pandemiya ilə əlaqədar təxirə salınıb.

Bu il müsabiqədə Azərbaycanı təmsil edən Samirə Əfəndi birinci yarımfinalda “Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Səsvermənin nəticələrinə əsasən Samirə Əfəndi finala vəsiqə qazanıb.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.

Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək. Final mərhələsində Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna iştirakçıları çıxış edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.