Azərbaycan komandası aerobika gimnastikası üzrə yarışın finalına yüksəlib

Azərbaycanın 12-14 yaş qrupundan ibarət komandası Bakıdakı aerobika gimnastikası üzrə yarışın finalına vəsiqə qazanıb.

Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılovadan ibarət “3-lük” təsnifat mərhələsini 17.950 xalla 6-cı sırada bitirib.

Digər üçlük (Evelina Kozlovskaya, Məryəm Topçubaşova, Fidan İbrahimova) 17,600 xalla 9-cu yeri tutub və finala yüksələ bilməyib.

Həlledici mərhələ yarışın sonuncu günündə – mayın 23-də olacaq.

Qeyd edək ki, dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edir.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.