Bekhemin klubu oyun formasını okeanın dibində təqdim edib – VİDEO

Bekhemin klubu oyun formasını okeanın dibində təqdim etdi - VİDEO

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhemə məxsus ABŞ-ın “İnter Mayami” klubu yeni formasını okeanın dibində təqdim edib.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, yeni geyimlər ətraf mühitin, o cümlədən, okeanların çirkləndirilməsi probleminə həsr olunub.

  • Formanın 50 faizi yenidən işlənilmiş plastik maddələrdən ibarətdir. Dəstlər çiyinlərində narıncı zolarları olan parlaq mavi rəngdədir.

Qeyd edək ki, “İnter Mayami” yeni forma ilə ilk dəfə mayın 30-da “Di-Si Yunayted”ə qarşı oynayacaq. Geyim dəstini model Koral Tomaşik təqdim edib. Tomaşik bundan ötrü okeanın 30 metr dərinliyinə baş vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir