COVİD-19: Azərbaycanda son epidemioloji infoqrafika

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 min 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 319 min 271 nəfər müalicə olunaraq sağalıb, 4 839 nəfər vəfat edib. Aktiv xəstə sayı 7773 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 009, ötən müddət ərzində isə cəmi 3.435.192 test aparılıb.

#

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir