Son 24 saatda Türkiyədə aparılan 218.846 test müayinəsi nəticəsində 9 min 528 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 846-sı aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 214 nəfər vəfat edib. 8 min 852 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 1977 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3.2%-dir.
Ölkədə indiyədək ümumilikdə 5 milyon 169 min 951 yoluxma, 45 min 840 insan itkisi və 4 milyon 998 min 639 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 51.950.729 COVID-19 test müayinəsi aparılıb.