Gürcüstanda seçkilərdə elektron səsvermə tətbiq olunacaq

Gürcüstanda seçkilərdə elektron səsvermə tətbiq olunacaq

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilərdə elektron sistemin tətbiqi planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu yenilik ölkənin seçki sistemində islahatlarla bağlı sənəddə yer alıb.

Dəyişikliklərə əsasən, seçicilərin qeydiyyatı, səsvermə, səslərin sayılması və yekun protokolların tərtib olunması elektron qaydada həyata keçiriləcək.

Qanun layihəsində bildirilib ki, Mərkəzi Seçki Komissiyası bütün seçki məntəqələrində seçicilərin elektron qeydiyyatını təmin edəcək, həmçinin müəyyən seçki məntəqələrində bülletenləri elektron sayğacın köməyi ilə sayacaq.

Yeniliklərin ilk dəfə olaraq bu ilin payızında keçiriləcək yerli seçkilərdə tətbiqi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.