Hərbi qulluqçularımız “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak edəcək

Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.

Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Təlim iyunun 4-dək davam edəcək.

Mənbə: Azərbaycan Müdafiə Nazirliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.