İrakli Qaribaşvili BP rəsmisi ilə Cənubi Qafqaz Boru Kəmərinin əhəmiyyətini müzakirə edib

İrakli Qaribaşvili BP rəsmisi ilə Cənubi Qafqaz Boru Kəmərinin əhəmiyyətini müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Görüşdə BP şirkətinin Gürcüstana yatırdığı investisiyalar müzakirə olunub. Bildirilib ki, şirkət artıq 25 ildir Gürcüstan hökuməti ilə sıx əməkdaşlıq edir və ölkənin ən böyük sərmayədarlarından biridir.

Qeyd olunub ki, Gürcüstan tərəfi BP ilə müxtəlif investisiya istiqamətlərini, həmçinin bərpa olunan energetika sahəsində layihələrin inkişafı imkanlarını da müzakirə etməyə hazırdır.

Tərəflər şirkətin Gürcüstanda reallaşdırdığı layihələrin, Bakı-Supsa boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, həmçinin Xəzər dənizindəki “Şahdəniz” yatağından təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırıldığı Cənubi Qafqaz Boru Kəmərinin əhəmiyyəti vurğulayıblar.

Görüşdə BP şirkətinin Gürcüstan üzrə ölkə rəhbəri Aytən Hacıyeva da iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.