Pakistanda mitinqdə partlayış olub

Pakistanda mitinqdə partlayış olub, 6 nəfər ölüb, 14-ü yaralanıb

Pakistanın Bəlucistan əyalətində partlayış nəticəsində 6 nəfər həlak olub, 14 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət hökumətinin sözçüsü Liakvat Şahvani məlumat verib.

Bildirilib ki, yaralılardan 10-u Çaman şəhərindəki hospitala yerləşdirilib, qalanı isə əyalətin mərkəzi şəhəri Kvettaya aparılıb.

L.Şahvani deyib ki, partlayış Fələstinlə həmrəylik mitinqində törədilib.

Mitinqi “Camiyat Üləma-İslam-Nəzarayti” Partiyası təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.