Avropa çempionatı: İrina Zaretska qızıl, Abdullayev gümüş medal qazanıb- YENİLƏNİB

Avropa çempionatı: İrina Zaretska qızıl, Abdullayev gümüş medal qazandı - YENİLƏNİB

Azərbaycanın daha bir karateçisi Pənah Abdullayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

84 kq çəki dərəcəsində mübarizə aparan idmançı Türkiyə təmsilçisi Uğur Aktaşla qarşılaşıb.

  • Rəqibinə məğlub olan Abdullayev gümüş medalla kifayətlənib.
♦ ♦ ♦

14:38

Azərbaycanın qadın karateçisi İrina Zaretska Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

68 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə Yunanıstan təmsilçisi Vasiliki Panetsidu ilə üz-üzə gəlib.

  • Rəqibinə qalib gələn Zaretska Avropa çempionu olub.

Qeyd edək ki, İrina Zaretska 2016-cı ildə Avropa, 2018-ci ildə isə dünya çempionatında da qızıl medal qazanıb.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir