Avropa çempionatı: Rafael Ağayev finalda uduzub, İrina Zaretska çempion olub

Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

75 kq çəki dərəcəsində çıxış edən idmançı Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib.

  • Rəqibinə məğlub olan Ağayev II yerlə kifayətlənib və gümüş medal qazanıb.

Daha əvvəl İrina Zaretska (68 kq) qızıl, Pənah Abdullayev (84 kq) isə gümüş medal əldə edib.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir