Gürcüstanın paytaxtı Tbilisidə pauerliftinq üzrə paralimpiyaçılar arasında Dünya Kuboku davam edir.
- Azərbaycan təmsilçisi Elşən Hüseynov 107 kq çəki dərəcəsində birinci yeri tutub.
İkinci və üçüncü yerləri özbək idmançı Nuriddin Davlatov və Gürcüstan təmsilçisi Akaki Cinçaradze paylaşıblar.
- Digər ağırlıq qaldıran Şamo Aslanov isə 107 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.
II yeri kolumbiyalı Con Kastaneda Velasquez, III yeri isə gürcü Giorgi Latsabidze tutub.
Yarışlara sabah yekun vurulacaq.
Mənbə: Report