Son 24 saatda Türkiyədə aparılan 216.658 test müayinəsi nəticəsində 8 min 697 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 835-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 231 nəfər vəfat edib. 14 min 472 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 1876 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3.2%-dir.
Ölkədə indiyədək ümumilikdə 5 milyon 178 min 648 yoluxma, 46 min 071 insan itkisi və 5 milyon 013 min 111 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 52.167.387 COVID-19 test müayinəsi aparılıb.
Gösterdiğimiz sabır meyvesini vermeye devam ediyor. Bugün de 9.000 vaka sayısının altına indik. Düşüşü sürekli kılacak olan bizleriz. Bu güce güvenin.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) May 22, 2021