Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, baş leytenant Qənbər Qənbərli dəfn edilib.
Mərhum doğulduğu Tərtər rayonunun Kəngərli kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.
M.Məmmədov Azərbaycan bayrağını şəhidin atası Bəhruz Qasımova təqdim edib.
Allah rəhmət eləsin!