Çexiya qaçqınlarla bağlı yeni mexanizmi rədd edib

Çexiya Avropa İttifaqı ərazisində qaçqınların bölgüsü ilə bağlı məcburi mexanizmlərin yaradılması ehtimalını qəti şəkildə rədd edib.

“Report”un məlumatına görə, bu barədə respublikanın Baş naziri Andrey Babiş Brüsselə, Avropa Birliyinin qanunsuz miqrasiyaya qarşı mübarizəyə həsr edilən sammitinə səfər edən zaman özünün tvitter səhifəsində məlumat verib.

Bəzi üzv ölkələr, təəssüf ki, yenə də kvota tətbiq etməyi təklif edirlər. Bu, tamamilə qəbuledilməzdir. Buna qarşı mübarizəmizi davam etdirəcəyik. Qanunsuz miqrasiyanın həlli Avropa xaricindədir. Avropa Liviya, Mərakeş və Türkiyə ilə dəqiq plan hazırlamalıdır. Bu axınları dayandırmalıyıq”, – deyə Baş nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir