Çində ultramarafon faciə ilə nəticələnib

Çində ultramarafon faciə ilə nəticələnib, 16 nəfər ölüb, itkin düşənlər var

Çinin şimalındakı Qansu əyalətində keçirilən ultramarafon zamanı 16 nəfər həlak olub, 5 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi bildirib.

Qeyd edilir ki, Bayin şəhəri yaxınlığında yarış şənbə günü səhər başlayıb. Yarış zamanı bölgədə əlverişsiz hava şəraiti mövcud olub. Lakin agentlik söhbətin hansı hava şəraitindən getdiyini açıqlamayıb. Yerli vaxtla saat 3:00-da (Bakı vaxtı ilə saat 23:00) xilasetmə qrupları 16 nəfərin həlak olduğunu təsdiqləyib. Məlumata görə, itkin düşmüş 5 nəfərin axtarışı əməliyyatı hələ də davam edir.

Çinin “People’s Daily” nəşrinin məlumatına görə, söhbət güclü yağışlardan gedir. Yağışlar nəticəsində 15 idmançı həlak olub, daha 6 nəfər itkin düşüb. Digər 151 nəfər təxliyə edilib.

Ultramarafon dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir