OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Son sutkada 9 nəfər COVID-19 səbəbindən vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 332 min 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 320 min 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 886 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 211, bu günə qədər isə cəmi 3 milyon 453 min 244 test icra olunub.