COVİD-19: Türkiyədə son epidemioloji infoqrafika qənaətbəxşdir

Son 24 saatda Türkiyədə aparılan 210.291 test müayinəsi nəticəsində 7 min 839 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 710-u aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 197 nəfər vəfat edib. 11 min 202 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 1843 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3.2%-dir.

Ölkədə indiyədək ümumilikdə 5 milyon 186 min 487 yoluxma, 46 min 268 insan itkisi və 5 milyon 024 min 313 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 52.377.678 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir