Dünya kuboku: Ağır atletimiz bürünc medal qazanıb

Ağır atletimiz Dünya kubokunun bürünc medalını qazandı

Nurlan Babacanov

Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerlifting idman növü üzrə milli komandasının üzvü, 97 kq çəki dərəcəsində iştirak edən Nurlan Babacanov 190 kq nəticə göstərərək yarışın bürünc medalına sahib olub.

Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Qeyd edək ki, yarış Tokio 2020 Yay Paralimpiya oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir