“Neftçi” klubu məşqçisi ilə müqaviləni uzadıb

"Neftçi" klubu məşqçisi ilə müqaviləni uzatdı

Eduardo Karo

“Neftçi” klubu fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə müqavilənin müddətini uzadıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə anlaşma daha 1 il artırılıb. İspaniyalı mütəxəssis 2021/2022-ci illər mövsümünün sonunadək bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Eduardo Karo “Neftçi”də 2021-ci ilin yanvarından çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir