Ronald Kuman “Barselona”dakı gələcək fəaliyyətindən danışıb

Ronald Kuman "Barselona"dakı gələcək fəaliyyətindən danışdı

Ronald Kuman

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Ronald Kuman klubda gələcək fəaliyyəti barədə suala cavab verib.

“Report”un məlumatına görə, bu barədə “Goal” məlumat yayıb.

Düşünürəm ki, bu, “Barselona”da son oyunum deyil. Mənim müqaviləm var və bilmirəm ki, sonra nə edəcəyik. Siz bu mövzuda çox danışırsınız, amma mən narahat deyiləm. Əgər klubun dəyişdirməli olduğu nəsə varsa, o, mənimlə danışmalıdır“, – Kuman deyib.

Qeyd edək ki, İspaniya çempionatının qalibi “Atletiko” olub. Klub 38 görüşdə 86 xal yığıb. “Real Madrid” turnir cədvəlində ikinci yerə qərarlaşıb. Komandanın 84 xalı var. Siyahıda üçüncü yerdə “Barselona” mövqe tutub. Komanda 79 xal toplayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.