Əbu-Dabi Azərbaycan vətəndaşları üçün karantini ləğv edib

Əbu-Dabi Azərbaycan vətəndaşları üçün karantini ləğv etdi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi mayın 23-dən etibarən bu şəhərdə yeni növ koronavirus infeksiyası ilə bağlı karantindən azad olunan ölkə vətəndaşları üçün yeni “yaşıl siyahı”nı açıqlayıb.

“Report” xəbər verir ki, 25 aprel tarixindən qüvvədə olan siyahıya Azərbaycan, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və Amerika Birləşmiş Ştatları da daxil edilib.

Bu ölkələrdən Əbu-Dabi əmirliyinə gələn şəxslər məcburi karantin tədbirlərindən azad ediləcək və onlardan yalnız hava limanına çatdıqdan sonra “PCR” testi vermələri tələb olunacaq.

Qeyd edək ki, Əbu-Dabi hazırda “yaşıl siyahı”da olmayan ölkələrdən gələn səyahətçilərin 10 gün karantində qalmasını tələb edir. “Yaşıl siyahı”da karantinə ehtiyac olmayan ölkələrin, bölgələrin və ərazilərin adı yer alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir