AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 27-ci turunda “Neftçi” – “Qarabağ” oyununda baş verən hadisələrə qiymət verib və meydan sahiblərinə 2 400 manat, qonaqlara isə 1 000 manat cərimə kəsilib.
Görüş zamanı hesab tablosu işlək vəziyyətdə olmayıb, mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmayıb və dəhlizə “A buraxılışı” olmayan şəxslər daxil olublar. Göstərilən üç çatışmazlığın hər biri ilə əlaqədar “Neftçi” 800 manat cərimə ödəməlidir.
“Qarabağ” isə mühafizəçilərinin əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olmaları səbəbindən 800 manat cərimələniblər. Daha 200 manat cərimə komandanın futbolçusu Elvin Cəfərquliyevin ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılması səbəbindən kəsilib. Cəfərquliyevin özü isə 1 oyunluq cəzalanıb.
Xatırladaq ki, həlledici oyunda Bakının “Neftçi” komandası Ağdamn “Qarabağ” komandasına minimal hesabla – 1:0 qalib gələrək uzun fasildən sonra ölkə çempionu olub.