Blinken: “Amerika Rusiyanın aqressiv hərəkətlərinə cavab verməyə hazırdır”

Blinken: “Amerika Rusiyanın aqressiv hərəkətlərinə cavab verməyə hazırdır”

ABŞ Rusiya ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətin tərəfdarıdır. Fikrimizcə, bu, hər iki ölkəyə və bütün dünyaya fayda verəcək”.

“Report”un məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken “CNN”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Amerika tərəfi mənafelərini qorumaq üçün Rusiyanın ehtiyatsız və aqressiv hərəkətlərinə cavab verməyə hazırdır.

“Rusiya daha proqnozlaşdırıla bilən və sabit əlaqənin olması barədə qərarı özü verməlidir”.

Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşü konstruktiv adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir