Dünya Kuboku: Paralimpiyaçılarımız 5 medal qazanıblar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Para-Pauerliftinq üzrə Dünya Kuboku uğrunda yarışlar sona çatıb.

Azərbaycanı beynəlxalq idman tədbirində təmsil edən 5 idmançının hər biri medal qazanıb.

  • Elşən Hüseynov (107 kq) qızıl, Şamo Aslanov (107 kq-dan çox) qızıl,
  • Leyla Kərimova (86 kq) 1 qızıl və 1 bürünc,
  • Pərvin Məmmədov (49 kq) gümüş,
  • Nurlan Babacanov (97 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin baş mütəxəssisi Rüfət Rəhimov para-pauerliftinq üzrə hakim lisenziyası qazanan ilk azərbaycanlıdır. O, hakim qismində ilk dəfə Tbilisidəki Dünya Kubokunda çıxış edib.

Mənbə: Report

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir