“Milan” və “Yuventus” Çempionlar Liqasına vəsiqə qazanıb

"Milan" və "Yuventus" Çempionlar Liqasına vəsiqə qazandı

İtaliya A Seriyasının son turunda UEFA Çempionlar Liqasına vəsiqə verən bütün 4 vəsiqənin taleyinə aydınlıq gəlib.

“Report”un məlumatına görə, turun mərkəzi görüşü “Atalanta” və “Milan” arasında keçirilib.

Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qolu 43-cü və 90+2-ci dəqiqələrdə penaltidən Frank Kessi vurub.

  • Beləliklə, “Milan” xalını 79-a çatdıraraq gümüş medalçı olub və 8 ildən sonra Çempionlar Liqasına yüksəlib.
  • 78 xala malik “Atalanta” isə 3-cü pilləyə enərək bürünc mesalla kifayətlənib.

Daha 2 diqqətçəkən qarşılaşma 4-cü yerin sahibinin tapılması baxımından önəmli olub. “Napoli” öz meydanında “Verona” ilə 1:1 hesablı heç-heçə edərək 77 xalla 5-ci pilləyə enib. 60-cı dəqiqədə meydan sahiblərindən Amir Rrahmani hesabı açsa da, 9 dəqiqə sonra Marko Faraoni Neapol təmsilçisini büdrədib.

Əvəzində “Yuventus” səfərdə “Bolonya”nı 4:1 hesabı ilə darmadağın edərək 78 xalla 4-cü pilləyə yüksəlib. Hesabı 6-cı dəqqiqədə Fereriko Kyeza açıb. “Qara-qırmızılar”ın üstünlüyünü 29-cu dəqiqədə Alvaro Morata artırıb. 45-ci dəqiqədə Adrien Rabyo komandasının üçüncü qolunu vurub. 47-ci dəqiqədə Morata yenidən fərqlənərək “dubl” edib. Meydan sahiblərinin təsəlli qoluna 85-ci dəqiqədə Rikkardo Orsolini imza atıb.

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu bu görüşdə oynamasa da, 29 qolla A Seriyasının bombardiri olub. Portuqaliyalı hücumçu bu nailiyyəti son 3 mövsümdə ilk dəfə əldə edib.

Bununla da Turin komandası “İnter”, “Milan” və “Atalanta” ilə birgə Çempionlar Liqasına yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.