Türkiyəli futbolçuların klubu dördqat Fransa çempionu olub

Türkiyəli futbolçuların klubu dördqat Fransa çempionu oldu

“Lill” komandası tarixində 4-cü dəfə Fransa çempionu olub.

“Report”un məlumatına görə, bu, Liqa 1-in son turunda müəyyənləşib.

Kristof Qaltyenin baş məşqçi olduğu kollektiv XXXVIII turda səfərdə “Anje”ni məğlubiyyətə uğradıb – 2:1. Qalib komandanın ikinci qolunu 45+1-ci dəqiqədə penaltidən Burak Yılmaz vurub. Bununla da təcrübəli hücumçu 16 qolla bombardirlər siyahısında 4 – 7-ci yerləri bölüşüb.

“Lill”in start heyətində Yılmazdan əlavə, daha 2 türkiyəli futbolçu – Zeki Çelik və Yusuf Yazıcı da yer alıb. Çelik sonadək meydanda olubsa, Yazıcı 67-ci, Yılmaz 82-ci dəqiqədə əvəzlənib.

Beləliklə, xalını 83-ə çatdıran “Lill” PSJ-nin səfərdə “Brest”i 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq ən yaxın izləyicisi ilə 1 xallıq fərqi qoruyub. Paytaxt komandasının ikinci qolunu 71-ci dəqiqədə Kilian Mbappe vurub. Neymar isə 19-cu dəqiqədə penaltidən yararlana bilməyib.

Qeyd edək ki, “Lill” sonuncu dəfə 2010/2011 mövsümündə Fransa çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.