Almaniya millisinə yeni baş məşqçi təyin olunub

Almaniya millisinin yeni baş məşqçisi açıqlandı

Futbol üzrə Almaniya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“Report” Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Hans-Diter Flik gətirilib.

Cari mövsümün sonunda “Bavariya” klubundan ayrılan 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Flik AVRO-2020-dən sonra yığmanın sükanı arxasına keçəcək. O, hazırkı baş məşqçi Yoahim Lövü əvəzləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir