COVİD-19: Azərbaycanda gündəlik yoluxma sayı azalıb

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 10 nəfər çox təəssüf ki, vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 321 min 677 nəfər müalicə olunaraq sağalıb, 4 877 nəfər vəfat edib. 6 340 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 825, bu günə qədər isə cəmi 3.468.615 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir