Son 24 saatda Türkiyədə aparılan 223.104 test müayinəsi nəticəsində 9 min 375 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 693-ü aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 175 nəfər vəfat edib. 11 min 192 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 1667 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3.1%-dir.
Ölkədə indiyədək ümumilikdə 5 milyon 203 min 385 yoluxma, 46 min 621 insan itkisi və 5 milyon 045 min 508 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 52.817.437 COVID-19 test müayinəsi aparılıb.