Məmmədyarov Aronyanı udub, Rəcəbov liderdir

Məmmədyarov Aronyanı uddu, Rəcəbov lider oldu

Şəhriyar Məmmədyarov

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçirilib.

  • Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov “The FTX Crypto Cup”un VI turunda bir-birinə rəqib olublar. Görüş heç-heçə ilə yekunlaşıb.
  • VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanı,
  • Rəcəbov isə ağ fiqurlarla İddiaçılar Turnirinin qalibi, rusiyalı Yan Nepomnyaşini yenməyi bacarıb.
  • VIII turda Rəcəbov ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə, Məmmədyarov isə Nepomnyaşi ilə heç-heçə edib.
  • IX turda Məmmədyarov qara fiqurlarla So ilə, Rəcəbov fransalı Maksim Vaşye-Laqravla “sülh”ə razılaşıb.
  • X turda isə Rəcəbov ağ fiqurlarla argentinalı Alan Piçotu, Məmmədyarov Vaşye-Laqravı yenib.

Beləliklə, 10 turdan sonra xalını 6,5-ə çatdıran Rəcəbov ABŞ təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura ilə birgə ilk 3 yeri bölüşür. Məmmədyarov isə 5 xalla 16 şahmatçı arasında 10-cu pillədə gedir.

Çempionlar Turu, VI mərhələ

“The FTX Crypto Cup”

24 may

VI tur

Teymur Rəcəbov – Şəhriyar Məmmədyarov – 0,5:0,5

VII tur

Şəhriyar Məmmədyarov – Levon Aronyan (Ermənistan) – 1:0

Yan Nepomnyaşi (Rusiya) – (Teymur Rəcəbov) – 0:1

VIII tur

Teymur Rəcəbov – Uesli So (ABŞ) – 0,5:0,5

Şəhriyar Məmmədyarov – Yan Nepomnyaşi (Rusiya) – 0,5:0,5

IX tur

Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov – 0,5:0,5

Maksim Vaşye-Laqrav (Fransa) – Teymur Rəcəbov – 0,5:0,5

X tur

Teymur Rəcəbov – Alan Piçot (Argentina) – 1:0

Şəhriyar Məmmədyarov – Maksim Vaşye-Laqrav (Fransa) – 1:0

İlk 5 turdan sonra Teymur Rəcəbov 3 xalla 5-ci, Şəhriyar Məmmədyarov isə 1,5 xalla 14-cüdür.

Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir