- Mayın 31-dən başlayaraq Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunacaq.
- Mayın 31-dən regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək.
- İyunun 10-dan müvafiq məhdudiyyətlər – maska, məsafə və say həddi nəzərə alınmaqla ibadət yerləri açılacaq.
- İyunun 10-dan Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunacaq.
İyunun 10-dan çimərliklərin, idman və sağlamlıq-bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək. Ötən il çimərliklərdə tətbiq olunan qaydalar bu il də qüvvədə qalacaq.
Bu məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünki brifinqində ictimaiyyətə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov açıqlayıb.