İspaniya “Real Madrid”i futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2022-ci ilin yayınadək uzadılıb.
İddiaya görə, 36 yaşlı oyunçu məvacibinin azaldılmasına razılıq verdiyi üçün komandada qalıb.
Qeyd edək ki, 2012-ci ildən “Real Madrid”də çıxış edən Modriç bu mövsüm 49 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.