Aleksander Çeferin
UEFA prezidenti Aleksander Çeferin gələn mövsumdən start götürəcək yeni turnirin – Konfrans Liqasının nəyə görə yaradılmasından danışıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
“Biz turnirlərimizi daha inkluziv etmək niyyətindəyik – klublara və azarkeşlərə Avropa titulları uğrunda mübarizə aparmaq şans vermək istəyirik. UEFA Konfrans Liqasının yaradılması məhz bu ilə bağlıdır.
UEFA-ya 55 milli asosiyasiya daxildir, ona görə daha çox assosiyasiyaları təmsil edən klublara Avropada mümkün qədər çox çıxış etmək şansı vermək vacıbdır”, – Çeferin deyib.
Qeyd edək ki, Konfrans Liqası üçüncü Avrokubok turniri olacaq. Turnirdə 184 komanda iştirak edəcək, iştirakçılar sırasına Çempionlar Liqası və Avropa Liqasından 46 klub qatılacaq. Qrup mərhələsindən əvvəl üç seçmə mərhələsi və pley-off raundu keçiriləcək, birbaşa qrup mərhələsinə heç bir komanda düşməyəcək. Qrup mərhələsində 32 komanda iştirak edəcək, onlardan 10-u Avropa Liqasının pley-off raundunda mübarizəni dayandıran komandalar olacaq.