İspaniyanın “Atletiko” futbol komandasının hücumçusu Luis Suares “Barselona”nın hücumçusu Lionel Messiyə klubda qalmağı məsləhət görüb.
Bu barədə “Marca” xəbər verir.
“Dost və azarkeş kimi mən ona “Barselona”da qalmağı tövsiyə edərdim”, – Suares deyib.
Qeyd edək ki, uruqvaylı hücumçu “Barselona”dan “Atletiko”ya 2020-ci ilin sentyabrında keçib. Suares birinci mövsümdə “Atletiko”nun heyətində İspaniya çempionu olub. Otuz dörd yaşlı hücumçunun “Atletiko” ilə müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.
Messinin “Barselona” ilə müqaviləsi bu ilin iyununda başa çatır. Otuz üç yaşlı argentinalı bütün karyerasını bu klubun heyətində keçirib. Messi “Barselona”nın heyətində dörd dəfə Çempionlar Liqasının qalibi olub.
Mənbə: Report