“Müstəqillik” dövründə Ermənistanı 2 milyona yaxın erməni tərk edib

Ermənistandan miqrasiya
İllüstrasiya

Son 30 il ərzində Ermənistan vətəndaşlarından 1,6-1,7 milyon nəfər müxtəlif ölkələrə miqrasiya edib

Onlardan 1,1-1,2 milyonu Rusiyaya, təxminən 150 mini ABŞ-a, 120-150 mini Avropaya, qalanı MDB ölkələrinə, Yeni Zelandiyadan tutmuş İsrailə qədər müxtəlif  yerlərə köçüb.

Bu barədə Ermənistan Hökuməti yanında Miqrasiya və Qaçqınların Məsələləri  İdarənin rəhbəri Qaqik Kimoviç Yeqanyan məlumat verib.  (red: Qaqiq Yeqanyan əslən Azərbaycandandır –  1956-cı ildə Hadrudda anadan olub)

Maraqlıdır ki, Ermənistandan ən böyük köç 1992-1994 illəri əhatə edib: “Böyük Ermənistan” xülyası ilə regionda bir çox bəlalara səbəb olmuş millətin 600 mini kiçik Ermənistanı birdəfəlik tərk edib, başqa ölkələri özünə vətən seçib.

Azərbaycan torpaqlarının işğalı ilə paralellikdə baş verən  miqrasiya prosesində təkcə 3 ildə (1992-1994) Ermənistan əhalisinin  16 faizi  ölkədən qaçıb.

Miqrasiya edənlərin ümumi sayına əsasən söyləmək olar ki,  ötən 30 ilə ərzində düşmən ölkə əhalisinin  təxminən  yarısı – 50 faizə yaxını Ermənistanın “müstəqilliyinə”, “suverenliyinə”, “ideallarına”  tüpürüb  xoşbəxtliyi yad ölkələrdə axtarmağa yollanıb.

Qeyd edək ki, Ermənistan hökumətinin təqdim etdiyi rəsmi statistikasındakı rəqəmlər arasında ziddiyyət mövcuddur. Ötən ilin rəsmi məlumatına əsasən, Ermənistan əhalisi 2 milyon 961 min 900 nəfər olub.

Təbii artım əmsalı Ermənistanda çox aşağıdır və ilbəil daha da pisləşir. Məsələn, Ermənistanda son illər 10-12 mindən artıq uşaq doğulmayıb. Əmsal 1,7-dir. Yəni, Bir ailəyə heç 2 uşaq düşmür.

Miqrasiya səviyyəsi isə Ermənistanda həmişə yüksək olub və müxtəlif dövrlərdə hər il 25-40 min, bəzən daha çox (40-45 min) erməni ölkəni tərk edib.

Təbii artım səviyyəsi isə eyni dövrdə (30 ildə) orta hesabla 20 min olub. Bir başqa sözlə, miqrasiya edənlərin orta sayı doğulanların orta sayından təxminən 45 faiz yüksəkdir.

Göründüyü kimi, son 30 ildə  düşmən ölkə əhalisi rəsmi rəqəmlərə əsasən, təxminən 700 000 nəfər azalıb. Hərçənd, real olaraq bu rəqəmin daha böyük olduğunu, bir başqa sözlə, Ermənistan əhalisinin əslində rəsmi rəqəmdən  daha az olduğunu iddia etmək üçün kifayət qədər əsas var.

Yuxarıda qeyd etdiyimiz kimi,  miqrasiya əmsalı ilə doğum əmsal arasında fərq daha böyükdür. Eləcə də, ən azı son 1,5  ilin nəticələri statistikada (miqrasiya və müharibədə məhv edilən Ermənistan vətəndaşları)  nəzərə alınmayıb.

Bu rəqəmlər  ermənilərin milli ideyalara əslində nə qədər  bağlı olduqlarını ifadə edir: “Böyük Ermənistan” ideologiyası sadəcə içiboş siyasi şüar, fərdi qaydada isə karyera, hətta miqrasiya üçün bir şirmadır.

Nə sirdirsə, “Böyük Ermənistan” xəyalı  quran erməni xalqı kiçik Ermənistanda yaşamaq və ölkələrinə xidmət göstərmək istəmir. Bu proses ilbəil daha da sürətlənməkdə və dərinləşməkdədir.

Mənbə

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir