QS Quacquarelli Symonds dünya üzrə 1300 ali təhsil müəssisəsini əhatə edən illik reytinq nəticələrini dərc edib.
Ənənəvi olaraq ilk 10-luq və ya 100-lükdə əzici üstünlük Qərb dövlətlərinin universitetlərinə məxsusdur. 100-lükdə Şərqdən əsasən Cənubi Koreyanın, Yaponiyanın, Çinin universitetləri yer tutub.
Rusiyanın Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) də bu qrupa aiddir və dünya reytinqində 78-ci pillədədir. Yüzlükdə Malayziya Universiteti də var və o MDU-nu 65-ci yerlə qabaqlayır…
Bəs, Azərbaycan universitetləri reytinqdə varmı və yeri nədir?
Reytinqin dərc olunduğu mənbədə ayrı-ayır ölkələr və ya universitetlər üzrə tək-tək və ya seçmə qrup halında müqayisə aparmaq mümkündür. Reytinq təsnifatları da müxtəlifdir: dünya üzrə də var, region, inkişaf etməkdə olan dövlətlər kateqoriyası üzrə də…
Biz maraq üçün əvvəlcə dünya cədvəlində Ermənistanı, İranı, Səudiyyə Ərəbistanını (+BƏƏ), Gürcüstanı, Türkiyə və təbii ki, Azərbaycanı seçdik.
Yalnız bu günümüzdən deyil, gələcəkdən xəbər verən nəticənin təhlilini öhdənizə buraxıb yalnız faktları diqqətinizə təqdim edirik:
Beləliklə, bu (DÜNYA üzrə) siyahıda ən yüksək 109-cu yerdən başlayaraq 24 (!) ərəb universiteti var – təkcə iki ölkədən. Onların 20-dən çoxu 800-dən yuxarıda;
Qeyd: əslində, siyahıda başqa ərəb dövlətlərinin, hətta İraqın da universitetləri yer alıb – biz yalnız iki ərəb ölkəsini qeyd etdik…
- İranın 6 universitetindən 4-ü 465-dən 550-yə qədər intervalda;
- Türkiyənin 21 universitetindən 9-u 511-1000 sıralamasında yer tutub.
Bölgəmizdən:



DİQQƏT: bu reytinqlərlə bağlı Rusiya və Ermənistan mətbuatının şövqlə verdiyi bugünkü xəbərlərdə “inkişaf etməkdə olan ölkələr” üzrə ayrı reytinq cədvəlinə istinad edilib və Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) ənənəvi liderliyi ilə öyünülüb…
“İkinci liqa”nın lideri MDU dünya üzrə 78-cidir.
Dünya lideri Massaçusets Texnologiya İnstitutudur (Kembric, ABŞ)
2 – Oksford Universiteti (Böyük Britaniya)
3 – Stanford Universiteti (ABŞ)
4 – Kembric Universiteti (ABŞ)
5 – Harvard Universiteti (ABŞ)
Cənubi Qafqazda (3 ölkə arasında) 32,6 balla İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti liderdir. Bu universitet inkişaf etməkdə olan 27 ölkə arasında 118-ci, dünyada 571-580-cidir;
Ermənistanın 2 universiteti Qafqazda 2-3; regionalda 128 və 173 yerləri tutub…
27 ölkədən 450 universitet arasında:
- Xəzər Universiteti 211-220-ci;
- Dövlət İqtisad Universiteti 221-230-ci;
- Bakı Dövlət Universiteti 251-300-cü;
- ADA Universiteti 301-350-ci;
- Azərbaycan Memarlıq və İnşaat Universiteti,
- Azərbaycan Mühəndislik Universiteti,
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 401-450-ci yerləri bölüşüblər.