Gələn il fevralın 22-dən Tbilisidə ictimai nəqliyyatda BİRDƏFƏLİK gediş haqqı 0,5 laridən 1 lariyə qaldırılacaq (0,5 lari bizim pulla 28 qəpik, 1 lari 55 qəpikdir).
BİRDƏFƏLİK ödəmə 90 dəqiqəni (!) əhatə edir.
Yəni siz bir dəfə ödəniş edib Tbilisidə 90 dəqiqə ərzində istədiyiniz qədər nəqliyyat dəyişə – bir marşrutdan digərinə, metrodan avtobusa, avtobusdan marşrut taksisinə minə bilərsiniz!
Onu da qeyd edim ki, Tbilisinin ictimai nəqliyyatından istifadə üçün GÜNLÜK, HƏFTƏLİK, AYLIQ … və s. ABUNƏ KARTLARI var. Onların da qiyməti qaldırılır. Amma yenə də sərfəlidir:
- Bir günlük abunə – 3 lari olacaq: yəni, təxminən 1manat 65 manat;
- Həftəlik abunə – 20 lari: yəni, təxminən 11 manat (günü 1 manat 57 qəpiyə düşür)
- Aylıq – 40 lari: yəni, təxminən 22 manat (günü 73 qəpik!)
- Üç aylıq – 100 lari; yəni, təxminən 55 manat (günü 61 qəpik!)
- Altı aylıq: – 150 lari; yəni, təxminən 78 manat (günü 48 qəpik!)
- İllik – 250 lari; yəni, təxminən 138 manat (günü 37 qəpik!)
Bunlar yeni qiymətlərdir və Tarif Şurası kimi gecə ilə deyil, əhaliyə 2 ay qabaqdan elan olunub! Hazırda bu qiymətlər yarıbayarı aşağıdır.
Elan olunan yeni qaydalara əsasən, gələn ildən Tbilisinin ictimai nəqliyyatından
- Gözdən əlillər və onları müşahidə edən şəxslər;
- Şagirdlər;
- Rayon inspektorları;
- Baş Operativ Əməliyyat İdarəsinin əməkdaşları;
- Rayon həkimləri;
- Rayon pediatrları;
- Ailə həkimləri və s… PULSUZ – ÖDƏNİŞSİZ istifadə edəcək!
Güzəştli tariflər də mövcuddur: 20 tetri – 0,2 lari (bizim 11 qəpik) güzəştli tarifdən
- Tələbələr və ümumtəhsil məktəblərinin əməkdaşları, həkimlər və s. istifadə edə biləcək.
10 tetri – 0,1 lari (bizim 6 qəpik) güzəştli tarifindən isə adları “dövlətin sosial müdafiəsizlər” bazasında olanlar yararlanacaq.
Onu da xatırladaq ki, neçə ildir Tbilisidə Yeni İl gecəsi – yəni 31 dekabr günü ictimai nəqliyyat bütünlüklə ÖDƏNİŞSİZ işləyir – yəqin ki, bu il də istisna omayacaq…