Sentyabr döyüşlərində şəhid düşmüş Azərbaycan hərbçilərinin siyahısı

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların

 siyahısı

 

Qeyd: siyahı 17 sentyabrda yenilənib

Xatırlatma:

Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib:

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqelərini, sığınacaqlar və dayaq məntəqələrini müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub.

Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

 


 

Qeyd edək ki, MN rəsmən cavab təbdibrləri barədə vizual material təqdim etməsə də, bəzi mətbu mənbələrdə belə materiallar yayılıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir