“Azərbaycan dilinin izahlı lüğəti” hələ ötən əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 26 il sonra – 1966-cı ildə işıq üzü görüb.
II cild 1980-ci ildə;
III cild 1983-cü ildə;
IV cild isə 1987 ildə kiril qrafikası ilə çap olunub.
Bu nəşrlər 2006-cı ildə təkmilləşdirilərək “Şərq-qərb” mətbəəsində yenidən, latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr edilib.
Lüğətin PDF formatında bütün cildlərini təqdim edirik. Axtardığınız sözün baş hərfi əsasında cildi müəyyənləşdirib üzərinə tıklamaqla istifadə edə, bütünlüklə cihazınıza köçürə, yaxud çap edə bilərsiniz.