təhlükəsizlik və məxfilik siyasəti

7-gun.com portalı resursa daxil olan, istifadə edən və ya hər hansı formatda əlaqə saxlayan bütün subyektlərin şəxsi, eləcə də korporativ məlumatlarının məxfiliyinin qorunmasını öhdəsinə götürür və bunun üçün zəruri təhlükəsizlik tədbirləri görür.

7-gun.com  istifadəçilərinin məxfi, şəxsi, özəl məlumatlarını toplamır və belə bir məqsəd güdmür

Platformaya daxil  olan  şəxslərin elektron ünvanları yalnız  portalda  şərh yazmaq, yaxud redaksiyaya  elektron məktub göndərmək istədikdə qeydə alınır.

Şərh  funksiyasından istifadə üçün  e-ünvanın daxil olunması vacib şərtdir. Bu zaman həm də istifadəçinin İP ünvanı qeydə alınır.

E-mail və İP ünvanı üçüncü şəxslərə təqdim olunmur və dərc edilmir.

İstifadəçilərə aid məlumatlar – onların yeri (ölkə, şəhər), saytda fəaliyyəti, eləcə də istifadə etdikləri texniki vasitələr (telefon, kompüter, planşet)  haqqında ümumi məlumat   “Google Analytics” kodu vasitəsilə  portalın fəaliyyətini optimallaşdırmaq və təkmilləşdirmək  məqsədilə bu xidməti təklif edən qlobal resursun məxfilik  siyasəti çərçivəsində istifadə olunur.  

7-gun.com qlobal texniki xidmət servislərinin gizlilik (məxfilik) siyasətinə  adekvat olaraq əldə etdiyi məlumatları yaymır,  saxlamır.

7-gun.com istifadəçilərə aid heç bir  məxfi, gizli, özəl  məlumat əldə etmir və buna zəmanət verir.

İstifadəçi  təqdim olunan məxfilik siyasətinə etiraz bildirməyərək platformanın xidmətindən istifadə edirsə, bu, razılıq olaraq qəbul edilir. 

7-gun.com

istifadəçilərin texniki təhlükəsizliyinə və toplanan zəruri göstəricilərin 3-cü tərəfə ötürülməməsinə zəmanət verir