Trampın vəkili impiçment işi üzrə ifadə verməyə hazırdır

 Trampın vəkili impiçment işi üzrə ifadə verməyə hazırdır

ABŞ Prezidenti Donald Trampın vəkili Rudolf Culiani Senatda ABŞ liderinin impiçmenti ilə bağlı təhqiqat çərçivəsində ifadə verməyə hazır olduğunu bildirib.

Bu barədə ABC telekanalı bildirib.

Culiani Floridada ABŞ Prezidentinin malikanəsində jurnalistlərlə söhbətində deyib: “Mən ifadə verərdim”.

Vəkil bu prosesdə ABŞ liderinin maraqlarını təqdim etməyə hazırlığını ifadə edib.

Culiani fərz edir ki, Trampın hakimiyyətdən kənarlaşdırılmasına nail olmaq istəyən siyasi rəqiblərinə qarşı da ittihamlar irəli sürmək mümkün olardı. “Mən məmnuniyyətlə bu işlə məşğul olardım”, – vəkil deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir